ABŞ-da gərgin vəziyyət: komendant saatı tətbiq edildi

ABŞ-da gərgin vəziyyət: komendant saatı tətbiq edildi
  28 Aprel 2015    Oxunub:1654
ABŞ-ın Baltimor şəhərində komendant saatı tətbiq edilib.
APA-nın “The Baltimore Sun” qəzetinə istinadən verdiyi məlumata görə, bunu şəhərin meri Stefani Rolinqs-Bleyk bəyan edib.

Komendant saatı axşam saat 22:00-dan səhər saat 5-ə kimi bir həftə müddətində qüvvədə qalacaq.

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) polislə etirazçılar arasında toqquşmalarda 15 polis əməkdaşı yaralanıb.

Xatırladaq ki, aprelin 28-də ABŞ-ın Baltimor şəhərində polislə etirazçılar arasında toqquşmalar başlayıb. İnsidentə səbəb polis tərəfindən saxlanılan 25 yaşlı qaradərili Freddi Qreyin sonradan xəstəxanada keçinməsi olub.

Son məlumata görə, ABŞ prezidenti Barak Obama yaranmış vəziyyəti Baş prokuror Loretta Linç və Baltimor şəhərinin meri Stefani Rolinqs-Bleyki ilə müzakirə edib.


Teqlər:  





Xəbər lenti