Edamından bir gün əvvəl evləndi

 Edamından bir gün əvvəl evləndi
  28 Aprel 2015    Oxunub:2696
Edam cəzasına məhkum edilən Avstraliya vətəndaşı Endryu Çan (Andrew Chan) İndoneziya həbsxanasında edam gününə bir gün qalmış istədiyi qızla evlənib.
Bu barədə AzViion.az “Reuters”ə istinadən xəbər verir.

Nikah mərasimində gəlin və bəyin dostları və ailə üzvləri iştirak edib.

“Bu çətin bir anda balaca xoşbəxtliyin yaşandığı zamandır. Biz ümid edirik ki, prezident yeni ailə quran şəxslərə rəhm edəcək və onlar birlikdə həyatlarını davam etdirəcəklər”, - deyə Enrdyu Çanın qardaşı Maykl bildirib.

Cütlük Çanın Balidə həbsxanada olduğu vaxt tanış olub.

Endyu Çan 2006-cı ildə heroin qaçaqmalçığına görə 2006-cı ildə həbs edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti