“Müharibə hər an başlaya bilər” – Poroşenko

“Müharibə hər an başlaya bilər” – Poroşenko
  28 Aprel 2015    Oxunub:1459
Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, onun ölkəsində hər hanı hərbi vəziyyət yenidən gərginləşə bilər.
Bu barədə AzVision.az Rusiya kİV-nə istinadən xəbər verir.

“İndiyə qədər bizim üzərimizdə müharibə təhlükəsi durur. Bu reallıqdır. Müharibə istənilən vaxt başlaya bilər, lakin biz nə şübhənin yaranması nə də geri çəkilmək imkanının olmaması üçün əlimizdən gələn her şeyi etməyə hazırıq”, - deyə Poroşenko Ukraynaya dəstək üçün keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Zalda əyləşən insanlara müraciət edən Ukrayna lideri bildirib: “Sizin köməyiniz, sizin birliyiniz nəticəsində Donbasdakı vəziyyətin həlli yolu tapılacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti