“Qafqazdakı münaqişə Rusiyanı çökdürə bilərdi” – Putin

“Qafqazdakı münaqişə Rusiyanı çökdürə bilərdi” – Putin
  28 Aprel 2015    Oxunub:2082
Şimalı Qafqazdakı münaqişə Rusiyada Yuqoslaviya ssenarisinin təkrarlanması ilə nəticələnə bilərdi.
AzVision.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Bu sadəcə lokal münaqişə deyildi. Məsələ burasındadır ki, bu lokal münaqişə Rusiyada Yuqoslaviya ssenarisinin həyata keçirilməsi ilə nəticələnə bilərdi”, - Putin vurğulayıb.

Prezident vurğulayıb ki, həmin vaxt insanların beynəlxalq terrorizmlə mübarizə apardığı şəraitdə müsbət nəticəyə nail olmaq olduqca çətin idi: “Lakin onlar bunu etdilər”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti