Putindən Ermənistana güzəşt

Putindən Ermənistana güzəşt
  28 Aprel 2015    Oxunub:2037
Ermənistana satılan qazın qiyməti ölkənin Avrasiya İqtisadi İttifaqına üzv olması ilə əlaqədar olaraq min kub metr üçün 165 dollara endiriləcək.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

Məlumata əsasən qazın qiymətinin aşağı salınmasına dair razılıq Miller və Ermənistan prezidenti Serj Sarkisyan arasında bu yaxınlarda baş tutan görüşündə əldə olunub.

Miller bildirib ki, hazırda min kub metr qazın qiyməti 190 dollar təşkil edir ki, bu da qaz-nəqliyyat sisteminin modernləşdirilməsi və bərpasına investisiyaların yatırılmasına imkan verir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti