`Hər bir türk Qarabağ üçün çalışmalıdır` - Qənirə Paşayeva

`Hər bir türk Qarabağ üçün çalışmalıdır` - Qənirə Paşayeva
  28 Aprel 2015    Oxunub:2910
`Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır`.

Bu sözləri İstanbulda keçirilən 4-cü Türk Forumunda millət vəkili Qənirə Paşayeva Türk dövlət və və toplumlarından, diaspor təşkilatlarından gəlmiş millət vəkilləri, siyasətçilər, QHT rəhbərləri, diaspor liderləri qarşısında çıxışında bildirib.

Bu məsələdə hamımızın üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları fəaliyyətlərində Azərbaycana, Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna daha geniş yer verməyə çağırıb.

Millət vəkili çıxışının sonunda tədbirin iştirakçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.


Teqlər:





Xəbər lenti