Ermənistanda işıq bahalaşır

Ermənistanda işıq bahalaşır
  30 Aprel 2015    Oxunub:1555
Ermənistanın “Elektrik şəbəkələri” şirkəti İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Komissiyaya istehlakçılar üçün elektrik enerjisi tariflərinin artırılması barədə müraciət ünvanlanmağa hazırlaşır.
Bu barədə AzVision.az Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir.

“Ermənistan Elektrik Şəbəkələri” şirkətinin mətbuat katibi Natalya Sardcanyanın sözlərinə görə, elektrik tariflərinin artırılması məsələsi müzakirə mərhələsindədir, lakin yaxın vaxtlarda bununla əlaqədar Komissiyaya müraciət ünvanlanacaq. Lakin mətbuat katibi konkret müddət açıqlamaqdan imtina edib. Lakin qəzetimizin əldə etdiyi məlumata görə, şirkət Komissiyaya tariflərin artırılması barədə növbəti həftə müraciət edəcək. İndidən proqnozlaşdırmaq olar ki, elektrik enerjisinin tarifləri iyulun birindən qaldırılacaq. İlkin məlumatlara görə, yeni günlük tarif 1 kilovat/saata görə 48 dram, axşam tarifi isə 38 dram olacaq”, - deyə qəzet yazıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti