Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi artıb
  27 May 2013    Oxunub:1454
Son günlər yağan yağışlar nəticəsində Kiçik Qafqaz çaylarında 1-3 sm, Quba-Xaçmaz bölgəsi çaylarında 2-4 sm artım qeydə alınıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az -a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-80, Naxçıvan MR çaylarında isə normanın 20 faizini təşkil edir.

Mayın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 240 m3/s olmaqla, on günlük normanın 35 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir.

Mayın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 1 sm, Şirvanda 14 sm, Salyanda 13 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm azalma müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 437 sm, Şirvanda 317 sm, Salyanda 270 sm, Bankədə 239 sm, Araz çayının Novruzlu məntəqəsində isə 170 sm təşkil edir.

Azvision.az



Teqlər:  





Xəbər lenti