`Azərbaycanlılar yalvarırdı ki, bizi öldürün...` - Davudoğlu

`Azərbaycanlılar yalvarırdı ki, bizi öldürün...` - Davudoğlu
  30 Aprel 2015    Oxunub:4077
Türkiyənin baş naziri Əhməd Davudoğlu 1944-cü ildə sovet Rusiyasının əzablarından qaçaraq Türkiyəyə sığınmaq istəyən 146 azərbaycanlının Boraltan körpüsündə qətlə yetirilməsi ilə bağlı çıxış edib.

AzVision.az xəbər verir ki, bu barədə baş nazir keçirdiyi mitinqdə söz açaraq CHP lideri Kemal Kılıçdaroğlunun “İsraildə niyə səfirliyimiz yoxdur” sualına sərt cavab verib:

“Biz zalımlarla dost olarıqmı? Fələstini bombalıyanlarla dostluq etmək olarmı? Suriyalıları qətl edən zalım Əsədə heyət göndərənləri, dost kimi qəbul edərik?

Aramızdakı fərq budur. Çünki onun (K.Kılıçdaroğlunun-red) şefi də Iğdırda, Arasda Türkiyəyə sığınan 146 azərbaycanlını 1944-cü ildə ruslara təslim etmişdi və körpüdə gözlərimizin qarşısında, türk əsgərinin gözü önündə şəhid olmuşdular. O zaman onlar yalvardılar ki, “bizi siz öldürün, amma rusa təslim etməyin. Bu, türklüyə yaraşmaz, namusa sığmaz” demişdilər”.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti