Gürcüstanda əhalinin sayı azalır

Gürcüstanda əhalinin sayı azalır
  01 May 2015    Oxunub:2089
Son 12 ildə Gürcüstan əhalisinin sayı 641,9 min nəfər azalıb.
APA-nın Gürcüstan Milli Statistika Xidmətinə istinadən verdiyi xəbərə görə, 2014-cü ilin noyabr ayının məlumatına əsasən, ölkə əhalisinin sayı 3,73 milyon nəfər təşkil edib.

Məlum olub ki, Gürcüstanda kənd yerlərində yaşayanların sayı 23,8 faiz, şəhərlərdə yaşayanların sayı isə 6,3 faiz azalıb.

Hazırda paytaxt Tiflisdə 1,1 milyon insan yaşayır. Ölkə əhalisinin 47,7 faizini kişilər, 52,3 faizini isə qadınlar təşkil edir.

Qeyd edək ki, bundan öncə Gürcüstanda əhalinin siyahıya alınması 2002-ci ildə keçirilib.


Teqlər:





Xəbər lenti