NATO artıq Rusiyaya inanmır

NATO artıq Rusiyaya inanmır
  01 May 2015    Oxunub:1544
“NATO artıq Moskvanı tərəfdaş hesab etmir”.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı general Filip Bridlav deyib.

Onun sözlərinə görə, NATO son iyirmi ildə rəsmi Moskva ilə münasibətlərin yaxınlaşması üçün müvafiq addım atıb: “Soyuq müharibədən sonra NATO öz qüvvələrini 75 faiz azaldıb. Lakin qarşı tərəfdən adekvat addım görmədik”.

Ukraynın şərqində baş verən hadisələrin arxasında Rusiyanın dayandığını bildirən general qeyd edib ki, yaxın müddətdə Donbassda mövcud vəziyyəti rəsmi moskvanın təhriki ilə yenidən gərginləşəcək.


Teqlər:





Xəbər lenti