Sarkisyan ABŞ-a gedir

Sarkisyan ABŞ-a gedir
  01 May 2015    Oxunub:1811
Ermənistan prezidenti Serj Sarkisyan növbəti həftə ABŞ-a səfər edəcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib.

ABŞ səfərindən sonra Sarkisyan Avrasiya İqtisadi İttifaqının Şurasının iclasına qatılacaq. Erməni prezident mayın 9-da isə Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunan tədbirlərdə iştirak edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti