Bu xanım müdafiə naziri ola bilər - FOTO

Bu xanım müdafiə naziri ola bilər - FOTO
  01 May 2015    Oxunub:1896
Gürcüstanın baş naziri İrakli Qaribaşvili yeni nazir vəzifələrinə üç namizədin adını açıqlayıb.
AzVision.az-ın Gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, ölkənin müdafiə nazir postuna parlamentin Avrointeqrasiya məsələləri üzrə komitəsinin sədri Tinatin Xidaşelinin namizədliyi irəli sürülüb.

Xidaşeli namizədliyi təsdiqlənəcəyi təqdirdə o, Gürcüstan tarixində müdafiə naziri olan ilk qadın olacaq.

Bundan əlavə Qaribaşvili ətraf mühitin qorunması naziri postuna Qiqla Aqulaşvili, idman və gənclər naziri postuna isə Tariel Xeçikaşvilinin gətirmək istəyir.

Hökumətin yeni tərkibi təsdiq üçün prezident Maqvelaşviliyə, daha sonra isə etimadın göstərilməsi üçün parlamentə göndəriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti