Müsəlman şahzadə FİFA prezidenti ola bilər

Məlumata əsasən FİFA prezidentliyinə namizədlər – Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixail van Praq və Portuqaliya millisinin sabiq ulduzu Luiş Fiqu öz namizədliyini İordaniya şahzadəsi Əli ibn əl-Hüseynin xeyrinə geri götürə bilər.
İordaniya şahzadəsi prezident postu uğrunda hazırkı FİFA rəhbəri Yozef Blatterlə mübarizə aparmalı olacaq.
Qeyd edək ki, təşkilatın yeni prezidentinin adı mayın 29-u İsveçrənin Surix şəhərində keçirilən seçkilərdən sonra bilinəcək.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: