Berluskoni “Milan”ı satdı - 1,5 milyarda

Bundan sonra İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin sahibi olduğu klubda söz sahibi tailandlılar olacaq.
"Milan" hazırda ağır günlərini yaşayır. Komandanın A seriyasında işləri yaxşı getmir. Üstəlik, ciddi maniyyə problemləri də yaranıb. Komandanın baş məşqçisi Filippo İnzaqiylə futbolçular arasında münasibətlər də pozulub. Yeni rəhbərliyin yola İnzaqiylə davam edib-etməyəcəyi bilinmir.