Ərəb müharibəsi: 20 ölü, 50 yaralı

Ərəb müharibəsi: 20 ölü, 50 yaralı
  01 May 2015    Oxunub:1426
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmən paytaxtı Sənaya aviazərbələr endirib.
Bu barədə AzVision.az-ın “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən aviazərbələr nəticəsində 20 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Bundan əlavə, koalisiya qüvvələri paytaxt Sana yaxınlığında yerləşən hərbi aviabazaya da zərbələr endirib.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti