Minə yaxın avropalı Nepalda itkin düşüb

Minə yaxın avropalı Nepalda itkin düşüb
  01 May 2015    Oxunub:1421
Avropa İttifaqının (Aİ) Nepaldakı xüsusi nümayəndəsi Renşe Ternik bəyan edib ki, ölkədə baş verən zəlzələ nəticəsində 12 Aİ vətəndaşı həlak olub, minə yaxın insan isə itkin düşmüş hesab edilir.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Qeyd edək ki, Nepalda aprelin 25-də baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 204 nəfərə çatıb, xəsarət alanların sayı 14 000 nəfəri ötüb.

Bundan əvvəl 5844 nəfərin öldüyü, 11 175 nəfər xəsarət alıdığı bildirilib. BMT-nin məlumatına əsasən zəlzələ Nepalın 28 milyonluq əhalisinin 8 milyonuna təsir edib.

Ölənlərin sayının 10 mini keçəcəyi istisna olunmur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti