“Bakı-2015”lə bağlı önəmli saziş

“Bakı-2015”lə bağlı önəmli saziş
  02 May 2015    Oxunub:2258
“Bakı-2015” idman yarışlarının Avropa və Mərkəzi Asiyada nümayişini təmin edəcək yeni sazişlər imzalayıb.
“Bakı-2015” ilk Avropa Oyunları NOS (Niderland), “DIGISport” (Çexiya), TV6 (Litva), ORF (Avstriya) və “Setanta Sports Eurasia” (Türkmənistan və Özbəkistan) ilə saziş bağlayıb.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, son bağlanmış sazişlər bu yay Bakıda keçiriləcək ilk Avropa Oyunlarına qitədə və onun hüdudlarından kənarda göstərilən marağı əks etdirir. Avropa üzrə bağladığımız yayım sazişləri qitənin 32 ölkəsində Oyunları 75 faiz olmaqla 225 milyondan çox ailənin izləyə biləcəyi anlamına gəlir. Dünyanın müxtəlif telekanalları ilə bağladığımız sazişlər ilk Avropa Oyunlarının həqiqətən beynəlxalq tamaşaçı kütləsi tərəfindən seyr ediləcəyinə zəmanət verir.

“Bakı-2015” tərəfindən bağlanmış sazişlər sayəsində yarışlar Avropanın bütün guşələrində və bütün dünyada yayımlanacaq. ABŞ, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan, Latın Amerikası və ərəb dünyası, Şimali Afrika şirkətləri ilə sazişlər imzalanıb.

Hollandiya Milli Olimpiya Komitəsinin prezidenti Andre Bolhis deyib: “NOS-un birinci Avropa Oyunlarını yayımlayacağı və Bakıda mübarizə aparan idmançılarımızı dəstəkləyə biləcəyimiz xəbər ölkə idmanı üçün möhtəşəm xəbərdir. Hollandiyalılar idmanı sevirlər və “Bakı-2015” Avropa Oyunları zamanı NOS-un həyata keçirdiyi yayım vasitəsilə izləyicilərin mübarizəyə qoşulan idmançılarımızı dəstəkləyəcəyinə əminəm. Digər tərəfdən, 2019-cu ildə növbəti Avropa Oyunlarına ev sahibliyi etmək istədiyimizi nəzərə alsaq, xalqımızın yarışla tanışlığı bizim üçün önəmli məsələlərdəndir”.


Teqlər:





Xəbər lenti