Bu ölkələrdə axşam içmək qadağandır - SİYAHI

Bu ölkələrdə axşam içmək qadağandır - SİYAHI
  27 May 2013    Oxunub:5095
Türkiyənin Böyük Millət Məclisinin spirtli içkilərin axşam saatlarında satışının qadağan olunması həm Türkiyənin özündə eləcə də ölkəmizdə bitərəfli qarşılanmadı.

Lakin, qeyd etmək istərdik ki, bu qərar tək müsəlman ökələrində deyil, xristian ölkələrində də tətbiq olunub. AzVision.az hansı ölkələrdə spirtli içkilərin satışına qadağan olunduğunu araşdırıb.

İngiltərədə İrlandiyada olduğu kimi küçədə içki içmək qadağandır. Eləcə də dövlət kanallarında spirtli içkilərin reklamı qadğandır.

Finlandiyada saat 18.00-9.00 arasında içki satışı yoxdur. Cümə günləri isə 20:00-a qədər satış var. Bazarları isə satışa icazə yoxdur.

Norveçdə bazar ertəsi-çərşənbə günləri arasında saat 10.00-17.00, Cümə axşamı və Cümə günlərində 10.00- 18.00, Şənbə günü 10.00- 15.00 arasında içkilərin satışına icazə var. Finlandiya kimi Norveçdə də bazar günü alkoqollu içkilərin satışı qadağandır.

Rusiyada isə 23.00-8.00 arasında içki satışı qadağandır.
İsraildə bar və restoranlardan başqa saat 23.00 və 06.00 arasında içki satışına icazə verilmir.

İsveç - 19.00-10.00 arasında satış yoxdur. Şənbə günü saat 15.00-a qədər, bazar günü isə içki satışı qadağandır.
İsveçredə gecə 22.00-06.00 arasında market və yeməkxanalarda spirtli içki satışı yoxdur.

Almaniyada küçədə içki içənlərə pul cərimələri tətbiq olunur. Eyni zamanda ölkənin bəzi bölgələrində axşam saatlarında spirtli içki satışı qanunla qadağandır.

Fransanın bir neçə şəhərlərində saat 21.00 -05.00-a qədər küçədə alkoqollu içkilərin içilməsi bələdiyyə tərəfindən qadağandır.

Kanadanın Ontario vilayətində saat 09.00-22.00 arasında satışa icazə var. Bazar günü isə saat 11.00-18.00 arasında satış var. Kanadada alkoqollu içkinin satışı (pivə istisna) dövlətin nəzarətindədir. Satış vaxtları isə qanunla deyil, dövlətə məxsus marketlərin açıq olduğu vaxtla tənzimlənir.

ABŞ-ın Nyu York ştatında pivə 24 saat satıla bilir. Yüksək dozalı spirtli içkilər bazar ertəsindən şənbə gününə qədər saat 09.00-24.00-a kimi satılır. Bazar günündə satış saatlarında əyalətlər arasında fərq var.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti