İŞİD 50 nəfəri edam etdi
Kürdüstan Milli Şurasının liderlərində biri Hukar Yaf bildirib ki, terrorçular əsir götürdükləri şəxsləri başından güllələyiblər. Hadisə Mosuldan 50 kilometr aralıda yerləşən Tall-Əfar şəhərində baş verib.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanrıverdiyev
AzVision.az