293 nəfər əsirlikdən xilas edildi

293 nəfər əsirlikdən xilas edildi
  02 May 2015    Oxunub:1542
Nigeriya ordusu “Boko-Haram” terror qruplaşmasının əlində əsirlikdə olan 293 nəfəri xilas edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, azad olunanların arasında qadın və uşaqlar üstünlük təşkil edir.

Terrorçulara qarşı xüsusi əməliyyat ölkənin şimalında yerləşən Sambisa meşəsində həyata keçirilib. Nəticədə qruplaşmanın üç sığınacağı məhv edilib. Bu sığınacaqlar qruplaşmanın dayaq nöqtələri hesab edilirdi. Azad edilən şəxslər arasında terrorçular tərəfindən oğurlanan məktəbli qızlar yoxdur.

Qeyd edək ki, 2014-cü ilin aprelində Nigeriyanın şimalında, Çibuku kəndində 200-dən çox məktəbli qız “Boko Haram” tərəfindən qaçırılıb. Onlardan bir çoxunun bu günə qədər taleyi naməlum olaraq qalır.


Teqlər:  





Xəbər lenti