Putindən bayram təbriki

Putindən bayram təbriki
  27 May 2013    Oxunub:1140
Rusiya prezidenti Vladimir Putin 28 May – Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda sanballı uğurlar qazanıb. Azərbaycanın beynəlxalq məsələlərdə fəal rolu hamı tərəfindən qəbul edilib. Rusiya-Azərbaycan münasibətləri tarixən dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır.

Əminəm ki, birgə səylərimizlə konstruktiv siyasi dialoqun, müxtəlif sahələrdə praktiki əməkdaşlığın daha da genişlənməsini təmin edəcəyik. Şübhəsiz, bu, xalqlarımızın firavanlığına, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradacaq.

Sizə möhkəm cansağlığı, xoşbəxtik və bütün işlərinizdə uğurlar, Azərbaycan Respublikasının vətəndaşlarına firavanlıq və rifah arzulayıram”.


Teqlər:





Xəbər lenti