ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi
  02 May 2015    Oxunub:1833
ABŞ Ukrayna ətrafında vəziyyətlə əlaqədar Rusiyaya təzyiqin artırılması imkanlarını nəzərdən keçirir.
AzVision.az Rusiya KİV-nə istinadən istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağ Ev nümayəndəsi Coş Ernest deyib.

“Təəssüflər olsun ki, rusların Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirmədiklərini görürük”, – deyə Ernest bildirib. Ağ Ev rəsmisi bununla əlaqədar Vaşinqtonun məyusluq keçirdiyini də vurğulayıb.

Ernest həmçinin bəyan edib ki, , ABŞ Moskvaya iqtisadi təzyiq göstərmək üçün Avropadan olan tərəfdaşları ilə əməkdaşlığı davam etdirir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti