“Taliban”a qarşı əməliyyat: 57 ölü

“Taliban”a qarşı əməliyyat: 57 ölü
  02 May 2015    Oxunub:1465
Əfqanıstan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində “Taliban” terror qruplaşmasının onlarla döyüşçüsü məhv edilıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat ölkənin 12 vilayətlərində aparılıb. Nəticədə “Taliban”ın azı 57 silahlı üzvü öldürülüb, 35-i yaralanıb, 2 döyüşçü isə Əfqanıstan milli təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.

Terrorçuların gizləndiyi yerlərə baxış keçirən hərbiçilər döyüşçülərin yüngül və ağır silahlarını müsadirə edib, yeddi əldəqayırma partlayıcı vasitəni isə zərərsizləşdirib. Silahlı Qüvvələrin itkisi barədə məlumat verilmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti