“Bizə mayonez yox, bint göndərin” - Nepal prezidenti

“Bizə mayonez yox, bint göndərin” - Nepal prezidenti
  02 May 2015    Oxunub:2764
Nepal Federativ Demokratik Respublikasının Prezidenti Ram Baran Yadavaya baş verən zəlzələ ilə bağlı Nepala yardım edən beynəlxalq təşkilatlara və ölkələrə müraciət edib.
Yardım üçün təşəkkür edən dövlət başçısı: “Bizə mayanez yox, bint göndərin” deyib.

O, qeyd edib ki, aprelin 25-də ölkədə baş verən dağıdıcı zəlzələdən sonra evini 2,8 milyondan çox insan tərk etmək məcburiyyətində qalıb: “Təkrar zəlzələ qorxusunun olmasına baxmayaraq, bir çoxları öz evlərinə qayıtmağa başlayıb. Katmandunun 10 mindən çox insanın sığınacaq yerinə çevrilən mərkəzi parklarından birində indiyə qədər 2,5 min nəfər adam qalıb”.

Bu arada Nepalın Daxili İşlər Nazirliyinin rəsmisi zəlzələdən bir həftə vaxt keçdiyini və artıq ümidlərinin qalmadığını bildirib.

Xatırladaq ki, Nepalda baş vermiş zəlzələdə ölənlərin sayı 6 mini, yaralıların sayı isə 14 mini keçib. Tibbi yardım çatışmır.


Teqlər:  





Xəbər lenti