217 miqrant xilas edildi

217 miqrant xilas edildi
  03 May 2015    Oxunub:1370
Liviya sahillərində keşik çəkən Fransanın “Komandan Biro” gəmisi 217 miqrantı xilas edib.
Fransanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Afrika qitəsinin ayrı-ayrı ölkələrindən olan miqrantları gizli yolla Avropa sahillərinə çıxarmağa çalışan üç qayığın dənizdə qəzaya uğraması miqrantların həyatı üçün ciddi təhlükə yaradıb. Vaxtında hadisə yerinə gələn gəmi qayıqlardakı 217 nəfəri dərhal xilas etməyə müvəffəq olub. Müasir tibbi avadanlıqla təchiz olunan gəmidəki sanitralar və tibbi heyət xəsarət alanlara ilkin yardım göstəriblər və onlar İtaliya sahillərinə çıxarılıblar.

Miqrantları qeyri-qanuni yolla Avropa sahillərinə çıxarmağa çalışan qayıqların sahibləri həbs olunaraq İtaliya polisinə təhvil verilib.


Teqlər:





Xəbər lenti