Putindən KİV-lərə 1 milyon cərimə

Putindən KİV-lərə 1 milyon cərimə
  03 May 2015    Oxunub:1567
Rusiya prezidenti Vladimir Putin kütləvi-informasiya vasitələrində terrorizmə çağırışa görə cərimələrin məbləğini dəfələrlə artıran qanunu imzalayıb.
Belə materialların dərc edilməsinə görə 1 milyon rubladək cərimə müəyyən edilir və nəşrin bütün nüsxələri müsadirə olunur. Yeni qanunda həmçinin ekstremist materialların yayılmasına görə hüquqi şəxslərə qoyulan cərimələr 100 min rubldan 1 milyon rubla qaldırılır.

Bundan əvvəl Ruysiyanın Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi minimum cərimənin 400 min rubl civarında müəyyən olunmasını təklif etmişdi.




Teqlər:





Xəbər lenti