Dünyanın ən böyük bayrağı hazırlandı - FOTO

Dünyanın ən böyük bayrağı hazırlandı - FOTO
  04 May 2015    Oxunub:2677
Tunisdə dünyanın ən böyük dövlət bayrağı hazırlanıb.
19 futbol meydançası boyda olan nəhəng bayrağı nümayiş etdirmək üçün xüsusi olaraq Tunis şəhərinin cənubundakı Ong Jmel səhrası seçilib.

Bu münasibətlə keçirilən tədbirə minlərlə tunisli və xarici turist qatılıb. Ağ və qırmızı rəngli bayrağın ümumi sahəsi 104.544 kvadratmetrdir. Bayraq 80 kilometrlik parçadan hazırlanıb, ümumi çəkisi 12,6 tondur.

Tunislilər dövlət bayraqlarının Ginnesin Rekordlar kitabına düşəcəyinə əmindirlər. (azertac)


Teqlər:





Xəbər lenti