Deputat əsgərlər üçün yemək bişirdi - FOTOLAR

Deputat əsgərlər üçün yemək bişirdi - FOTOLAR
  04 May 2015    Oxunub:3565
Millət vəkli Qənirə Paşayeva cəhbə xəttində yerləşən hərbi hissədə olub.
AzVision.az-ın məlumatına görə, deputat əsgərlər üçün yemək hazırlayıb: “Bu gün Tovuzda ön cəbhədə əsgərlərimiz üçün gözəl yeməklər bişirdik. Böyük həvəslə aşbazlarımıza kömək etdik. Həm yemək bişirdik, həm də gözəl söhbət etdik. Sonra da bişirdiyimiz yeməkləri hamımız birlikdə yedik. Əsgərlərimiz gözəl alındığını söylədi. Onları yüksək ruh içində görməkdən çox məmun idim. Çox şükr ki, getdikcə ordumuz daha da inkişaf edir və bu gün o gənclər arasında düşmənə layiqli cavab verə biləcək onlarla əsgər və hərbiçimiz vardı. Tovuzda və bütün ön cəbhəmizdə layiqlə ölkəmizi qoruyan bütün qardaş-bacılarımıza təşəkkür edirik”.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti