İŞİD ABŞ-dakı atışmanı öz üzərinə götürdü - YENİLƏNİB

İŞİD ABŞ-dakı atışmanı öz üzərinə götürdü - YENİLƏNİB
  04 May 2015    Oxunub:2381
ABŞ-ın Texas ştatının Qarlend şəhərində polis Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisinin yaxınlığında atışma baş verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində naməlum şəxslər iki nəfəri güllələyib, bir nəfər isə yaralanıb.

Polis yaxınlıqda yerləşən biznes-mərkəzin əməkdaşlarını təxliyə edib. Məlumata əsasən karikatura sərgisinin mükafat fondu 10 min dollar olub.

Şəhər rəhbərliyi hadisə yerində partlayıcı qurğuların yerləşdirilə biləcəyindən ehtiyat edir.

***

11:23

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı Texasda Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisində baş verən atışmaya görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti