Kürd merlər Ərdoğanla görüşdən imtina etdi

Kürd merlər Ərdoğanla görüşdən imtina etdi
  04 May 2015    Oxunub:2163
Türkiyədə kürd əsilli üç şəhər meri prezident seçkilərindən sonra Diyarrbəkirə ilk dəfə səfər edən ölkə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla görüşməkdən imtina edib.
Bu barədə AzVision.az Türkiyənin “Star” qəzetinə istinadən xəbər verir.

Nəşr yazır ki, Batman, Siirt və Diyarbəkir merləri prezident Ərdoğanı “alçaldıblar”.

Türkiyə prezidenti ilə görüşdən imtina edən merlər, buna əsas kimi prezident Ərdoğanın son zamanlar kürd məsələsi ətrafında çox sərt ifadələr işlətməsini əsas gətiriblər.

“Bu şəhərlərdə merlər, partiyamızın üzvləri Ərdoğanla görüşdə iştirak etməyəcək və onu qarşılamayacaqlar”, - deyə Demokratik Regionlar partiyasının yaydığı məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti