Almaniya yunanlara təzminat ödəyə bilər - 800 milyard avro

Almaniya yunanlara təzminat ödəyə bilər - 800 milyard avro
  04 May 2015    Oxunub:2499
Almaniya prezidenti Yoaxhim Qauk ölkəsinin Yunanıstanın ikinci dünya müharibəsi ilə əlaqədar istədiyi təzminat məsələsini müsbət qarşılıya biləcəyini açıqlayıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Qauk “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Bizim kimi tarixə önəm verən bir ölkə üçün ən doğru addım mümkün təzminat məsələlərini nəzərə almaqdır”, - deyə Qauk vurğulayıb.

Qeyd edək ki, ilin əvvəlində Rəsmi Afina Avropanın aparıcı ölkəsi və Yunanıstanın da əsas kreditoru olan Almaniyaya qarşı gözlənilməz tələblə çıxış etmışdı. Yunanıstan hökuməti İkinci Dünya Müharibəsi dövründə nasistlərin bu ölkədə törətdiyi cinayətlərə, zorla aldığı borca və işğala görə Almaniyadan təzminat tələb edir. Bu barədə Yunanıstanın baş naziri Aleksis Tsipras parlamentdə hökumətin fəaliyyət proqramını təqdim edərkən bəyan edib.

Baş nazirin sözlərinə görə, bu təzminatın ödənilməsi işğalçı dövlətin tarix qarşısında mənəvi borcudur, çünki bu müharibədə digər Avropa xalqları kimi təcavüzə məruz qalan yunanlar da faşizmə qarşı vuruşublar və qan töküblər.

Tsipras bildirib ki, Almaniyanın Yunanstanı işğalına görə vurulan zərər 108 milyard, faşistlərin zorla aldığı borc isə faizlərlə birgə 700 milyard avro edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti