Gürcüstandan ermənilərə gözlənilməz zərbə

Gürcüstandan ermənilərə gözlənilməz zərbə
  04 May 2015    Oxunub:4271
Rəsmi Tbilisi mayın 3-ü Qarabağda keçirilən “Parlament seçkiləri”ni tanımır.
AzVision.az-ın məlumatına görə, Gürcüstan Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, Azərbaycanın işğal altında olan torpaqlarında keçirilən “parlament seçkiləri” beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Gürcüstan XİN-i ümid edir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tezliklə həll edilməsi istiqamətində səylərini davam etdirəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti