HP rəhbəri ABŞ prezidenti olmaq istəyir

HP rəhbəri ABŞ prezidenti olmaq istəyir
  04 May 2015    Oxunub:2060
Hewlett-Packard (HP) şirkətinin sabiq icraçı direktoru Karli Fiorina Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizədliyinin irəli sürüldüyünü açıqlayıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

“Bəli, mən prezidentliyə öz namizədliyimi irəli sürürəm. Hesab edirəm ki, mən bu iş üçün ən yaxşı insanam. Çünki mən iqtisadiyyatın necə işlədiyini bilirəm. Mən dünyanı və onun necə işlədiyini yaxşı anlayıram”, - deyə Fiorina bildirib.

Qeyd edək ki, Fiorina heç vaxt dövlət vəzifələrində çalışmayıb. Sorğuya əsasən, o, Respublikaçılar partiyasından olan namizədlər arasında sonuncu yeri tutur. Fiorina hələ ki, namizədliyi irəli sürülən tək qadındır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti