Litvada rusiyalı casus saxlanıldı
Litva hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxs Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı olub. Onun əsas hədəfi Litvanın hakimiyyət və kəşfiyyat orqanlarına daxil olaraq ölkədə “ən yüksək səviyyədə” qəbul olunan qərarlara təsir etmək olub.
Aprelin 30-u Vilnüs məhkəməsi Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən şəxsi üç ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.
Bundan öncə məlum olub ki, Litva rəhbərliyi ölkədə olan Rusiya diplomatlarının üçdə birinin casus olduğunu düşünüb.
Eldar Tanrıverdiyev
AzVision.az