Çexiya XİN: Qarabağdakı “seçki”ləri tanımırıq

Çexiya XİN: Qarabağdakı “seçki”ləri tanımırıq
  04 May 2015    Oxunub:1435
Ukrayna və Gürcüstandan sonra Çexiya Respublikası da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən “parlament seçkiləri”nin hüquqi və konstitusional əsasını tanımadığını bəyan edib.
Çexiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, rəsmi Praqa hesab edir ki, bu kimi birtərəfli aktlar qarşılıqlı etimadın gücləndirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün müsbət atmosferin yaranmasına xidmət etmir.

Bəyanatda bildirilib ki, Çexiya münaqişənin beynəlxalq hüquq, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır: “Rəsmi Praqa fəal şəkildə ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və bütün münaqişə tərəflərini sülh prosesini davam etdirməyə çağırır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti