Prezident polislərlə bağlı sərəncam verdi

Prezident polislərlə bağlı sərəncam verdi
  04 May 2015    Oxunub:3801
Azərbaycan prezidenti İlham Əliyev “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 3 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti