Nyu-York Senatının başçısı saxlanılıb

Nyu-York Senatının başçısı saxlanılıb
  05 May 2015    Oxunub:1466
ABŞ-da Nyu-York ştatı Senatının başçısı, 67 yaşlı Din Skelos və onun oğlu, 32 yaşlı Adam Skelos saxlanılıblar.
APA-nın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, ata və oğul pul tələb etmə, dələduzluq və korrupsiyada şübhəli bilinirlər.

Qeyd olunur ki, Din və Adam Skelos Nyu-York şəhərindəki tikinti şirkəti və Arizona ştatında yerləşən digər şirkətdən 220 min dollar məbləğində rüşvət alıblar.

Din Skelos və onun vəkilləri irəli sürülən bütün ittihamları rədd edib.


Teqlər:  





Xəbər lenti