`Onlar qoyun da otara bilməzlər` - Ərdoğan qəzəbləndi

`Onlar qoyun da otara bilməzlər` - Ərdoğan qəzəbləndi
  05 May 2015    Oxunub:2539
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Batman və Diyarbəkirin bələdiyyə sədrlərini sərt tənqid edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Batman bölgəsinə səfəri zamanı bələdiyyə sədrlərinin onu qarşılamamağına əsəbləşən prezident onları yuxarıdan əmr almaqda ittiham edib:

“Həftəsonu Batmanda idim. Mənə bildirildi ki, Batman və Diyarbəkır bələdiyyə sədrləri məni hava limanında qarşılayacaq, mən də onlara baş çəkməyi nəzərdə tutdum. Amma təbii ki, ikisi də yuxarıdan təlimat aldığına görə gəlmədi. Mən imkan vermərəm ki, millətimin onlara verdiyi səlahiyyətdən sui-istifadə etsinlər. Onlar əvvəlcə davranış qaydalarını öyrənməlidir. Bunlara 5 qoyun versən, onu da otara bilməzlər, çünki xislətləri kin və nifrətdən ibarətdir”.

Qeyd edək ki, Ərdoğanın tənqid etdiyi bələdiyyə sədrləri kürd əsillidirlər. Onlar Ərdoğanı kürdləri tənqid etdiyi üçün saymadıqlarını bildiriblər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti