Obama Sarkisyanla görüşdən imtina etdi

Obama Sarkisyanla görüşdən imtina etdi
  05 May 2015    Oxunub:2970
Ermənistan prezidentinin bu gündən ABŞ-a səfəri başlayır.
AzVision.az Erməni KİV-nə istinadən xəbər verir ki, Sarkisyan Vaşinqtonda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşəcək.

Ermənistan prezidentinin həmçinin, Holokost muzeyini və Konqres kitabxanasını ziyarət edəcəyi gözlənilir.

Səfər zamanı prezident “Washington Post” qəzetinin redaksiyasında da olacaq.

Mayın 7-də Sarkisyan “erməni soyqırım”ının 100 illiyi ilə bağlı Vaşinqtonda keçiriləcək tədbirə qatılacaq. Bu tədbirdə iştirak etməsi üçün erməni tərəfi ABŞ prezidenti Barak Obamaya dəvət göndərib. Ehtimal edilir ki, Obama ermənilərin dəvətini rədd edərək, bu tədbirə qatılmayacaq.

Mayın 8-i isə Ermənistan prezidenti Avrasiya İqtisadi İttifaqı Şurasının iclası və Böyük Vətən Müharibəsində qələbənin 70 illik yubileyi ilə əlaqədar tədbirlərə qatılmaq üçün Moskvaya gedəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti