`Türkiyə hər zaman Azərbaycanı dəstəkləyəcək` – Davudoğlu

`Türkiyə hər zaman Azərbaycanı dəstəkləyəcək` – Davudoğlu
  05 May 2015    Oxunub:1930
Türkiyə Cənubi Qafqaza sülhün əldə olunması üçün hər şey edəcək.
AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Baş nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş dövlətlərdir və rəsmi Ankara daima qardaş dövləti dəstəkləyəcək.

“Türkiyə gələcək də Azərbaycanı dəstəkləyəcək. Çünki, bizi yalnız iqtisadi layihələr yox, həm də tarixi köklər birləşdirir”, - deyə Davudoğlu qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti