Almaniyadan Stalinə hörmətsizlik

Almaniyadan Stalinə hörmətsizlik
  06 May 2015    Oxunub:2747
Almaniyanın Moskvadakı səfirliyində Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan üzvlərinin və Kommunist Partiyasının fəallarının gətirdiyi hədiyyələrdən birini qəbul etməyiblər.
Bu barədə Trend Rusiya mətbuatına istinadən xəbər verir.

Belə ki, səfirlik içərisində Stalinin kiçik büstünün olduğu hədiyyəni qəbul etməkdən imtina edib.

II Dünya müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunmuş aksiyada səfirlik əməkdaşları da kommunistlərə hədiyyələr veriblər.


Teqlər:





Xəbər lenti