Gənc müğənni qətlə yetirildi

Gənc müğənni qətlə yetirildi
  06 May 2015    Oxunub:2712
Türkiyədə gənc müğənni evində ölü tapılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Deyer Deniz İstanbulun Bəyoğlu bölgəsindəki evində ölüdürülmüş vəziyyətdə aşkar edilib.

Müğənninin qardaşı iki gün ondan xəbər tutmadığı üçün evinə gedib. Qapının açılmadığını görən qardaşı qapını qırararaq içəki girən zaman bacısının öldüyünü görüb.

Hadisə yerinə gələn polislər müğənninin naqillə əl-qolunun bağlandığını və çanta kəməri ilə boğulduğunu müəyyənləşdirib.

Qeyd edək ki, müğənni 2012-ci ildə “Bekle” adlı albom çıxarıb və son iki il ərzində otellərdən birində işləyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti