ŞOK: İŞİD-in ABŞ-da 71 əsgəri var

ŞOK: İŞİD-in ABŞ-da 71 əsgəri var
  06 May 2015    Oxunub:1986
ABŞ ərazisində hazırda İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 71 üzvü var.
Bu barədə AzVision.az “New York Daily News” qəzetinə istinadən xəbər verir.

Qəzet vurğulayır ki, İŞİD tərəfindən Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisinin təşkilatçısı, bloqqer Pamel Hellerə təhdid dolu məktub göndərilib. Məktubda qeyd olunur ki, terror təşkilatının ABŞ-ın 15 ştatında 71 əsgəri var. Bu arada terrorçular məktubda yalnız beş ştatın – Virciniya, Merilend, İllinoys, Miçiqan və Kaliforniya ştatlarının adlarını çəkiblər.

Mayın 4-ü ABŞ-ın Texas ştatının Qarlend şəhərində polis Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisinin yaxınlığında atışma baş verib.

Atışma nəticəsində naməlum şəxslər iki nəfəri güllələyib, bir nəfər isə yaralanıb.

Polis yaxınlıqda yerləşən biznes-mərkəzin əməkdaşlarını təxliyə edib. Məlumata əsasən karikatura sərgisinin mükafat fondu 10 min dollar olub.

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı Texasda Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura sərgisində baş verən atışmaya görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti