Azərbaycanlı “KAMAZ” oğrusu Rusiyada tutuldu

Azərbaycanlı “KAMAZ” oğrusu Rusiyada tutuldu
  06 May 2015    Oxunub:1760
Rusiyada azərbaycanlı avtomobil oğrusu saxlanılıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən 41 yaşı Azərbaycan vətəndaşı 2011-ci ildən etibarən öz ölkəsində hüquq mühafizə orqanları tərəfindən axtarışda olub.
Azərbaycanda məhkəmə onun haqqında həbs qərarı versə də, istintaqdan yayınaraq Rusiya ərazisində gizlənib.

Axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Rusiya Federasiyası Udmurtiya Respublikasının DİN-in cinayət axtarışının İdarəsinin tədqiqatçıları tərəfindən saxlanılıb.

Hazırda həmin şəxsin Azərbaycana ekstradisiyası üçün işlər aparır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti