Belçikada hamı Bakıdan danışacaq
“Avropa idman gecəsi” nin keçirilməsində əsas məqsəd idmanda yeniliklərin əldə olunması, federasiyalar və Avropa Olimpiya Komitələri arasındakı əlaqələrin möhkəmləndirilməsi və idmanda narahatlıqlar doğuran bir sıra problemlərin aradan qaldırılmasıdır.
Tədbir zamanı plenar iclasların keçirilməsi və 200-dən artıq qonağın iştirakı ilə bir sıra müzakirələrin aparılması da nəzərdə tutulur.
“Bakı 2015 I Avropa Oyunları: 5 həftə qalmış” bölümündə nazir A.Rəhimov tədbir iştirakçılarına Azərbaycanda idman sahəsində görülən işlər, əldə olunan nailiyyətlər haqqında məlumat verəcək. Nazir A.Rəhimov Bakı 2015 I Avropa Oyunlarına hazırlıq, bu sahədə görülən işlər, açılan idman qurğuları, keçirilən tədbirlər və digər məlumatları qonaqların diqqətinə çatdıracaq.