Ərəb müharibəsi davam edir: 20 ölü, xeyli yaralı var

Ərəb müharibəsi davam edir: 20 ölü, xeyli yaralı var
  06 May 2015    Oxunub:1932
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənə yeni aviazərbələr endirib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən aviazərbələr nəticəsində 20 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

Bundan əlavə, koalisiya qüvvələri paytaxt Sana yaxınlığında yerləşən hərbi aviabazaya da zərbələr endirib. Ümumilikdə koalisiya qüvvələrinin Yəmən ərazisində yerləşən yaşayış məntəqələrinə 100-ə yaxın raket atıblar.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti