Ukraynada yaralanan azərbaycanlı tələbə öldü

Ukraynada yaralanan azərbaycanlı tələbə öldü
  06 May 2015    Oxunub:2661
Mayın biri Ukraynanın Odessa şəhərində baş verən atışma nəticəsində yaralanan azərbaycanlı tələbələrdən biri vəfat edib.
AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukrayna DİN-in rəsmisi Alla Marçenko bildirib.

Marçenko azərbaycanlı tələbənin ötən gecə öldüyünü qeyd edib.

Qeyd edək ki, mayın 1-nə keçən gecə Odessanın Lev Tolstoy meydanında İ.Meçnikov adına Odessa Milli Universitetinin sərxoş tələbələri arasında münaqişə baş verib və nəticədə dörd əcnəbi tələbə güllə yarası alıb.

Milisdən qeyd ediblər ki, atışma bolqar və azərbaycanlı gənclərin mübahisəsinin yekunu olub. Mübahisə zamanı bolqar tələbə qaçıb və həmyerlilərimiz onu təqib etməyə başlayıblar. Daha sonra bolqar tələbə üzərindəki səsboğucusu olan döyüş tapançası ilə arxasınca gələnlərə bir neçə dəfə atəş açıb.

Mənbənin məlumatına görə, insident nəticəsində azərbaycanlı tələbələr yaralanıblar.

İstintaq zamanı müəyyən edilib ki, bolqar tələbə silahı Ukrayna ərazisinə qanunsuz olaraq keçirib. Ötən gün isə Üç azərbaycanlı tələbəni güllələməkdə şübhəli bilinən 21 yaşlı Bolqarıstan vətəndaşı həbs edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti