ARDNŞ işə qəbul elan edir

ARDNŞ işə qəbul elan edir
  28 May 2013    Oxunub:1747
ARDNŞ-nin idarə və müəssisələrinə yeni vakansiyalar barədə elan veriləcək
AzVision.az xəbər verir ki, ARDNŞ-də işə qəbul olunmaq istəyən şəxslər 30 may 2013-cü il tarixdən etibarən Şirkətin www.socar.az korporativ veb-səhifəsinin “Karyera” (careers.socar.az) bölümünün “İşə qəbul” bölməsinin “Vakansiyalar” panelinə daxil olmalı, bilik və bacarığına uyğun vakansiyanı seçərək vahid elektron müraciət formasını doldurmalıdırlar.

Qeyd edək ki, veb-səhifədə yeni vakansiyalarla yanaşı, bu ilin mart-aprel aylarında elan olunmuş, lakin doldurulmamış vakansiyalar da yerləşdiriləcək. “İki Sahil” qəzetində isə elan olunacaq vakansiyaların siyahısı haqqında ətraflı məlumat veriləcəkdir.

Xatırladaq ki, ARDNŞ-də müxtəlif vəzifə və peşələr üzrə həyata keçirilən işə qəbul prosesində şəffaflığın təminatı daim diqqət mərkəzindədir. Şirkətin idarə və müəssisələrinə işçilərin qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə 2 mərhələdən ibarətdir. Müsabiqənin birinci mərhələsi test imtahanı (peşə sınaq imtahanı), ikinci mərhələsi isə mütəxəssislərdən ibarət komissiya tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir. Birinci mərhələni uğurla başa vuran namizədlər 2-ci mərhələdə iştirak etmək hüququ qazanırlar.


Teqlər:





Xəbər lenti