Xamenei ABŞ qarşısında şərt qoydu

 Xamenei ABŞ qarşısında şərt qoydu
  06 May 2015    Oxunub:2461
İranın ali dini lideri Ayətullah Əli Xamenei Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq edib.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müəllimlərlə görüşən dini lider bildirib ki, mövcud durumda təzyiqlərin qarşısını almaq üçün İran öz nüfuzunu qorunmalıdır: “Son günlərdə ABŞ rəsmilərindən iki nəfər hərbi təhdidlə bağlı fikirlər səsləndirib. Hansısa təhdid altına müzakirələr aparmağın nə mənası ola bilər? İran xalqı təhdid kölgəsində müzakirələr keçirməyi qəbul edə bilməz”.

Xameneyi təhdidin dözülməz olduğunu diqqətə çatdırıb: “ Nüvə müzakirələri ABŞ üçün ən azı bizim qədər vacibdir. Ona görə də Amerika deyə bilməz ki, İranı müzakirələrə razı salmışıq və istədiyimizi edə bilərik. İran nümyəndə heyəti gedib müzakirələrdə fikir mübadiləsi apara bilər, amma məcburiyyətə, alçaltmaya və təhdidə əsla dözməməlidirlər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti